Türkiyə

Ərdoğan Ramazanın ilk iftarını bu ölkədə açacaq

22 Fevral 2025 17:17
Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın əvvəlində, müsəlmanların müqəddəs Ramazan ayının ilk günündə Suriyaya səfər edə bilər.

Milli.Az  xəbər verir ki, bu barədə jurnalist Doğan Şentürkə istinadən "Now" telekanalı məlumat yayıb.

"Telejurnalist Doğan Şentürk Türkiyənin hakim partiyasından məlumat aldığını bildirib. Ərdoğan Ramazan ayının ilk iftarını Dəməşqdə açacaq. O, ilk namazını da Əməvi məscidində qılacaq", - telekanal xəbər verir.

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan artıq Dəməşqə səfər ediblər. /Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.