Türkiyə

Türkiyə əleyhinə xəbərlər yaymaqda ittiham olunan şəxs həbs edilib

30 Mart 2025 17:34
Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə əleyhinə saxta məlumatlar yaymaqda və PKK terror təşkilatına yaxın olmaqda ittiham olunan "Dagens ETC" nəşrinin müxbiri Kaj Joakim Medin İstanbulda saxlanılıb. "Silahlı terror təşkilatına üzv olmaq" və "Prezidentə təhqir" ittihamları ilə axtarışda olan İsveç vətəndaşı martın 27-də İstanbul hava limanında tutulub.

Trend-in məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi onun həbsi ilə bağlı açıqlama yayıb. Bildirilib ki, onun saxlanılması jurnalistika fəaliyyəti ilə əlaqəli deyil.

Medinin 2023-cü il yanvarın 11-də Stokholmda PKK/KCK-ni dəstəkləyən aksiya iştirakçıları ilə birlikdə Türkiyə Prezidentinin maketinin nümayiş etdirilməsində rol aldığı qeyd olunub. Ankara Respublika Baş Prokurorluğu yanvarın 13-də bu hadisə ilə bağlı araşdırmalara başlayıb və Medin də daxil olmaqla, 15 şübhəli müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.