Ölkə

Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı öldü - FOTO

31 Mart 2025 08:28
Baxış: 4 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində təmsil olunan şəxslərin müflis etdiyi iş adamı İbrahim Zeynalov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Teleqraf-a mərhumun yaxınları məlumat veriblər.

İ.Zeynalov Neftçala rayonunun Bankə qəsəbəsində yaşadığı vaqonda, 76 yaşında dünyasını dəyişib.

Keçmiş iş adamının xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, o, Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan "Buzovna əkinçilik, heyvandarlıq və südçülük Sovxozu"nda uzun illər direktor işləyib. 2007-ci ildə Bakıda sintetik xalça fabriki açıb. Elə həmin ərəfədə MTN tərəfindən saxlanılıb, 8 milyon manat pulu hədə-qorxu yolu ilə ələ keçirilib.

Bundan sonra müflis olan İ.Zeynalov son illər Neftçala rayonundakı vaqonda yaşayırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.