Myanmada 7,7 bal gücündə zəlzələ baş verib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, zəlzələ Banqladeş, Hindistan, Laos, Tailand və Çində də hiss olunub.
Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti (USGS) Myanmada 7,7 bal gücündə zəlzələnin baş verdiyini, güclü təkanların Tailand və bölgənin digər bölgələrində də hiss edildiyini bildirib.
USGS bildirir ki, zəlzələ yerli vaxtla saat 12:50-də (06:20 GMT) Saqainq şəhərindən 16 kilometr (10 mil) şimal-qərbdə 10 kilometr (6 mil) dərinlikdə baş verib.
Ölkədə vətəndaş müharibəsi səbəbiylə yanğın meydanına çevrilən zəlzələnin təsirləri ilə bağlı hələ heç bir açıqlama verilməsə də, Taylandın paytaxtı Banqkokda insanlar təşviş içində hündürmərtəbəli binalardan çölə qaçıblar.
Həmin anları təqdim edirik:
Milli.Az