Şou-biznes

Mustafa Sandal məhkəməlik oldu

27 İyun 2025 23:14
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Mustafa Sandal lüks kompleksdə kirayə yaşadığı Etilerdəki mənzil ilə bağlı məhkəmədə ev sahibinə uduzub.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, məhkəmə qərarına əsasən, müğənninin aylıq 65 min lirə ödədiyi kirayə məbləği 135 min lirəyə yüksəldilib.

Sandal həyat yoldaşı Melis Sütşurupla birlikdə Bodrumda istirahətdə olarkən məhkəmə qərarından xəbər tutub. 

Qeyd olunur ki, ev sahibi Sandalın yaşadığı mənzillə bağlı kirayə məbləğinin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə bu iddianı haqlı sayaraq əvvəlki 65 min TL-lik kirayəni təxminən iki dəfə artıraraq 135 min TL məbləğində təsdiqləyib.

Müğənninin qərara qarşı etiraz edib-etməyəcəyi hələlik məlum deyil.

Fidan
Milli
.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.