İdman

Hakim oyun zamanı həbs edildi

27 İyun 2025 23:47
Baxış: 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada keçirilən həvəskar futbol qarşılaşması zamanı maraqlı hadisə baş verib. 38 yaşlı hakim Ederson Carlos da Silva matçın ortasında meydanda polis tərəfindən həbs olunub.

Milli.Az xəbər verir ki, hadisə Quaruja şəhərində baş tutan yerli oyun zamanı yaşanıb. Hakim sarı vərəqə göstərməyə hazırlaşdığı anda silahlı polis əməkdaşları qəfil meydana daxil olub və onu qandallayaraq uzaqlaşdırıblar. 

Ederson Carlos da Silva narkotik alverində iştirakda şübhəli bilinir. Onun həbsi 2024-cü ilin noyabrında San-Pauluda 450 kiloqram kokainin ələ keçirilməsi ilə bağlı başlanan genişmiqyaslı araşdırmanın bir hissəsidir.

Araşdırmalar zamanı da Silva-nın regional narkotik ticarəti şəbəkəsinə bağlı olduğu ehtimal edilir.

Hazırda istintaq davam edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.