Cəmiyyət

​Bu icra başçısı özünə müavin axtarır

28 Oktyabr 2025 11:08
Baxış: 1 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İmişli Rayon İcra Hakimiyyətində başçının iki müavin postu - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri ilə ictimai-siyasi və humanitar məsələlər üzrə müavin vəzifələri hazırda vakant olaraq qalır.

Milli.Az xəbər verir ki, ictimai-siyasi və humanitar məsələlər üzrə müavin vəzifəsini əvvəllər sabiq jurnalist Ruslan Məmmədov (Eldaroğlu) icra edib. O, 2024-cü ilin aprelin 1-də şəxsi ərizəsi əsasında vəzifəsindən ayrılıb. Digər müavin vəzifəsi isə artıq iki ildən çoxdur ki, boşdur.

İcra Hakimiyyətindəki mənbənin məlumatına görə, icra başçısı Elçin Rzayev bir neçə təcrübəli şəxsə bu postları təklif etsə də, onunla işləməyə razılıq verən olmayıb. Bildirilir ki, bu, başçının sərt və tələbkar xarakteri ilə əlaqələndirilir.

Xatırladaq ki, Elçin Rzayev 21 may 2020-ci ildə İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bu vəzifəyə qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi fəaliyyət göstərib./metbuat.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.