Ölkə

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

28 Oktyabr 2025 12:47
Baxış: 313
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynov dəfn edilib.

Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Sumqayıt şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynovla vida mərasimi keçirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıtın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Lətif Qəribalı oğlu Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıtda anadan olub. 1992-ci il iyunun 28-də Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

L.Şahhüseynov Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.