Hadisə

Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ

28 Oktyabr 2025 12:23
Baxış: 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti açıqlanıb.

Milli.Az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın bildirilib ki, oktyabrın 27-si saat 19:20-də iki nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Dəm qazının toksik təsiri diaqnozu təyin edilən pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənən tələbələr 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.