Hadisə

"Dilqəm market"də iş yoldaşını öldürən Sənana hökm oxundu

28 Oktyabr 2025 14:14
Baxış: 664
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Şəfiyevə hökm oxunub.

Milli.Az bildirir ki, məhkəmənin hökmü ilə Sənana 12 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib.

Xatırladaq ki, hadisə ötən ilin dekabrın 22-si "Daş Körpü" adlanan ərazidə yerləşən "Dilqəm market"də baş verib. Belə ki, marketdə satıcı-kassir işləyən Sənanla 1998-ci il təvəllüdlü satıcı Məhəbbət Hüseynov arasında süd məhsullarının yerləşdirilməsinə görə mübahisə olub. Bu zaman Sənan kolbasa doğramaq üçün istifadə edilən bıçağı götürərək ona hücum edib və qətlə yetirib.

Mərhumun yaxınları bildiriblər ki, hadisə zamanı Məhəbbət Sənanın üstünə dabankeşlə getsə də, qarşı tərəf bıçağa əl atıb. Onlar hadisəni əks etdirən kamera görüntülərinin olduğunu söyləyiblər və S.Şəfiyevə ən ağır cəzanın verilməsini tələb ediblər./Qafqazinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.