Hadisə

Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO

28 Oktyabr 2025 12:24
Baxış: 1 230
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Uzun illər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində çalışan Tapdıq Məmmədov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanası məlumat yayıb.

Bildirilib ki, Tapdıq Qara oğlu Məmmədov 1960-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildən Oftalmoloji şöbədə fəaliyyət göstərib. 1998-2006-cı illərdə isə şöbənin müdiri vəzifəsində çalışıb.

Gəncə səhiyyəsində böyük xidmətləri olan Tapdıq Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib./metbuat.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.