İqtisadiyyat

Bu şəxslərin maaşı 3 dəfə artdı - Rəsmi

27 Oktyabr 2025 16:32
Baxış: 2 691
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əmək haqları artırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:

- baş həkim - 3,0 dəfə;

- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq - 2,5 dəfə;

- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib - 2,0 dəfə;

- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr - 1,5 dəfə.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.