Telefonunu çöldə şarj edənlərə mütəxəssislərdən vacib xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hava limanı, kafe və ya otel... Telefonumuzun enerjisi azaldıqda və yanımızda adapter olmadıqda, çoxumuzun ilk işi ictimai USB şarj məntəqələrindən istifadə etmək olur. Amma kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir: bu vərdiş şəxsi məlumatlarınızı və pulunuzu itirmənizə səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, "Juice Jacking" adlanan bu hücum metodu, zərərli proqram yüklənmiş şarj nöqtələri və ya kabellər vasitəsilə həyata keçirilir. Telefonunuzu bu cür USB porta taxdığınız anda kibercinayətkarlar aşağıdakıları edə bilirlər:
- Cihazınıza uzaqdan daxil ola bilirlər,
- Şəxsi məlumatlarınızı oğurlaya bilirlər,
- Zərərli proqram virusu yükləyə bilirlər.
Hindistanda polis əməkdaşı DPS Şreşta Thakur sosial mediada paylaşım edərək vətəndaşları bu təhlükə barədə xəbərdar edib:
"USB kabellərindəki bəzi pinlər təkcə enerji ötürmək üçün deyil, həm də məlumat mübadiləsi üçün istifadə olunur. Bu isə hakerlər üçün açıq qapı deməkdir."
Hindistanın İnformasiya Texnologiyaları Nazirliyinə tabe olan CERT-In (Kompüter Təcili Müdaxilə Mərkəzi) də bu mövzuda oxşar xəbərdarlıq edib. Rəsmilərin sözlərinə görə, hava limanları, otellər və kafelərdəki USB şarj nöqtələri pis niyyətli şəxslər tərəfindən manipulyasiya oluna bilər.
Bu cür hücumlarda istifadəçilərin məlumatları şifrələnərək pul tələb edilə bilər və ya bank məlumatları oğurlana bilər.
Həmişə öz adapterinizdən istifadə edin. İmkan varsa, divar naqilindən şarj edin, USB portlardan uzaq durun.
Öz kabelinizi və powerbankınızı yanınızda daşıyın. Başqasının kabelindən və ya ictimai şarj məntəqələrindən istifadə etməyin.
Cihazı qoşduğunuzda "Bu cihaz etibarlıdırmı?" xəbərdarlığı çıxarsa, "Etibar etmə" seçimini edin.
USB debugging (sazlama) və pairing (qoşulma) rejimlərini bağlı saxlayın.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
-
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb
-
Prezident İlham Əliyev: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq
-
Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq
-
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
-
Prezident İlham Əliyev: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
-
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO - YENİLƏNİB
-
Ayın 11-də güclü isti olacaq - PROQNOZ
-
Həmzət Çimayev UFC-dəki titulunu itirdi
-
Bu il Azərbaycanda 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur - Nazir
-
Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO
-
PSJ üç əsas oyunçusunu itirdi
-
Prezident İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir





