Siyasət

Prezident Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub - FOTO

28 Oktyabr 2025 11:19
Baxış: 468

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində "Taşobası" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınan "Taşobası" MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur.

Zavodun layihə dəyəri 3,3 milyon manatdır. Müəssisə ildə 8 min ton mahlıc, 10 min ton texniki çiyid istehsalı gücünə malikdir. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə və ixraca yönəldilir. İndiyədək istehsal edilən məhsulun dəyəri 2,6 milyon manat olan hissəsi satılıb ki, bunun da 2,2 milyon manatı ixracın payına düşür. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. Bu isə öz növbəsində pambıq sahələrində 300 nəfərin mövsümi işlə təmin olunmasına şərait yaradır. Ümumilikdə zavodda 80 nəfərlik iş yeri yaradılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.