Hadisə

Bərdədə yol qəzası - Ata və oğlu həlak oldu

28 Oktyabr 2025 11:21
Baxış: 603
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gecə Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, rayonun Mehdili kəndi ərazisində iki "Lada Priora" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun 2005-ci il təvəllüdlü oğlu Röyal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Elnur oğlu Əliyev hadisə zamanı vəfat edib. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları qəza zamanı avtomobildə sıxılı qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.