Bu kənddə 50 qadın ərini zəhərləyib ÖLDÜRDÜ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1929-cu ilin dekabrında Macarıstanın Solnok şəhərində bütün ölkəni sarsıdan bir məhkəmə prosesi başlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Budapeştdən təxminən 130 kilometr aralıda yerləşən Nadırev kəndində onlarla qadın öz ərini qəsdən zəhərləməkdə ittiham olunurdu.
Xarici mənbələrin məlumatına görə, 1911-1929-cu illər arasında kənddə 50-yə yaxın kişi arseniklə zəhərlənərək ölüb. "The New York Times" yazırdı ki, onların əksəriyyəti ailəli olub və bu hadisələr uzun illər gizli qalıb.
"Mələk yaradanlar" adlanan qadınlar
Hadisə ilə bağlı ittiham olunan qadınlara mətbuat "mələk yaradanlar" adı verib. Onlardan bəziləri ölüm hökmünə, digərləri isə uzunmüddətli və ya ömürlük həbs cəzasına məhkum edilib.
Araşdırmalara əsasən, hadisələrin mərkəzində kəndin mamaçası və qeyri-rəsmi "həkimi" sayılan Jujanna Fazekaş dayanıb. O, arsenik zəhərini milçək lentlərindən hazırlayaraq qadınlara "çıxış yolu" kimi təklif edib.
Fazekaş kənddəki qadınların etibarını qazanmışdı. O, evlərdə baş verən ailədaxili zorakılıqlar və ağır həyat şəraiti barədə çox şey eşidirdi. Onunla danışan qadınların bəziləri sərxoş, aqressiv və zorakı ərlərindən xilas olmaq üçün bu yola əl atıblar.
İstintaq və Fazekaşın sonu
1919-cu ildə hakimiyyət orqanları kütləvi ölümlərin təsadüfi olmadığını anlayaraq araşdırma aparıb. Qəbiristanlıqda çıxarılan 50 cəsəddən 46-sında arsenik aşkarlanıb.
Polis Fazekaşı həbs etməyə gələndə o, öz hazırladığı zəhəri içərək intihar edib.
Məhkəmə qərarları və nəticələr
1929-cu ildə Nadırev kəndindən 26 qadın məhkəmə qarşısına çıxarılıb. Onlardan səkkizi ölüm hökmü, bir neçəsi ömürlük, digərləri isə müxtəlif müddətli həbs cəzalarına məhkum edilib.
Tarixçilər hesab edir ki, bu hadisələr nəticəsində ümumilikdə 300-ə qədər kişi həyatını itirə bilərdi. Qadınların bu addıma əl atmasının səbəbi kimi yoxsulluq, ailədaxili zorakılıq və azadlıq istəyi göstərilib.
Qorxulu tarixdən qalan dərs
Zaman keçdikcə Nadırev kəndinin bu faciəvi hekayəsi unudulmağa başlayıb. Lakin uzun illər boyu kəndin adı "kişiləri zəhərləyən qadınların kəndi" kimi xatırlanıb.
Hadisələrdən sonra kənddə yaşayan kişilərin arvadlarına qarşı daha diqqətli və anlayışlı davranmağa başladıqları qeyd olunur.
Musa
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
XƏBƏR LENTİ
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)





