Hava

Kəskin istilər gəlir - Bakıda temperatur 26 dərəcə olacaq

27 Oktyabr 2025 12:40
Baxış: 1 570
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabah paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb küləyi gün ərzində arabir güclənəcək.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Sinoptiklərin bildirdiyinə görə, havanın temperaturu gecə saatlarında 14-17 dərəcə, gündüz isə 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa qədər enəcək. Nisbi rütubət gecə 80-85 faiz, gündüz isə 60-65 faiz təşkil edəcək.

Ölkə rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə oluna bilər. Qərb küləyi mülayim səviyyədə əsəcək.

Rayonlarda temperaturun gecə 10-15, gündüz isə 22-27 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.