Dünya

Yararsız əsgər başqasının yerinə komissiyadan keçdi - Ermənistanda qalmaqallı cinayət işi

20 Aprel 2026 14:36
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistan İstintaq Komitəsi hərbi xidmətə yararsız hesab edilən şəxsin başqa çağırışçının yerinə tibbi müayinədən keçməsi ilə bağlı cinayət işinin detallarını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Bildirilib ki, istintaq materiallarına əsasən, G.D. 2022-ci ildə səhhətinə görə hərbi xidmətə yararsız hesab edilib.

Digər təqsirləndirilən şəxs J.S. bu vəziyyətdən xəbərdar olaraq, onun başqa bir çağırışçı R.X-nin yerinə təkrar tibbi müayinədən keçməsini təklif edib və tərəflərlə razılaşma əldə olunub.

Məlumata görə, 2024-cü ilin mayında R.X-nin atası övladının yerinə əvvəllər yararsız hesab edilən G.D.-ni tibb mərkəzinə apararaq MRT müayinəsinə daxil edib və oğluna aid doğum haqqında şəhadətnamədən istifadə edib. Həkim isə şəxslərin dəyişdirildiyindən xəbərsiz olaraq saxta müayinə sənədi tərtib edib.

Daha sonra R.X həmin sənədlə hərbi komissarlığa müraciət edərək məhdud yararlı hesab edilib. Qeyd olunub ki, 2024-cü ildə qəbul edilən qərara əsasən həmin xəstəlik artıq xidmətdən azad etmir.

Faktla bağlı R.X və digər şəxslər barəsində sənəd saxtalaşdırılması və ondan istifadə maddələri üzrə cinayət işi başlanıb və iş prokurora göndərilərək məhkəməyə təqdim olunması üçün hazırlanıb.

Ayxan

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.