İqtisadiyyat

Azərbaycandan Özbəkistana şəkər ixracı rekord həddə çatdı

20 Aprel 2026 16:10
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Özbəkistana 9 milyon 506,35 min ABŞ dolları dəyərində 13 min 346,1 ton ağ şəkər ixrac edilib.

Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 30,7 min dəfə, həcm baxımından isə 44,5 min dəfə artıb.

2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan Özbəkistana cəmi 310 ABŞ dolları dəyərində 300 kiloqram ağ şəkər ixrac olunmuşdu.

Hesabat dövründə Azərbaycan Özbəkistandan əlavə Türkmənistan, Qırğızıstan, Tacikistan, eləcə də Rusiya və Gürcüstana da ağ şəkər ixrac edib.

Yeri gəlmişkən, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,5% artıb.

Cari ilin ilk iki ayında Azərbaycandan xarici bazarlara ümumilikdə 13 milyon 528 min ABŞ dolları dəyərində ağ şəkər ixrac edilib. Bu, illik müqayisədə 4,3 dəfə artım deməkdir. İdxalın dəyəri isə 2 milyon 741 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,5% azdır.

Onu da bildirək ki, yanvar-fevral aylarında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 58 milyon 660 min ABŞ dolları təşkil edib./apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.