Pensiya ilə bağlı MÜHÜM XƏBƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir sıra ölkələrdə vətəndaşlara pensiya yığımlarından təqaüd yaşını gözləmədən müəyyən hallarda istifadə imkanı verilməsi bu sahədə yeni yanaşmaları gündəmə gətirib. Azərbaycanda isə belə bir mexanizmin tətbiqi illərdir müzakirə olunsa da, konkret addımların atılmaması pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının nə dərəcədə real olub-olmadığına dair sualı aktuallaşdırır.
Bəs Azərbaycanda vətəndaşlara pensiya kapitalını vaxtından əvvəl istifadə etmək hüququ verilə bilərmi?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli Azərbaycanda bu məsələ uzun müddətdir müzakirə olunsa da, hələlik real mexanizmin formalaşdırılmadığını bildirib.
"Bu istiqamətdə qanun layihəsi də hazırlanıb və xüsusilə özəl pensiya fondlarının yaradılması ilə bağlı ilkin layihə hökumətə təqdim olunub. Lakin sənəd indiyədək Milli Məclisin gündəliyinə çıxarılmayıb, yalnız ictimai dinləmələr çərçivəsində müzakirələr aparılıb.
Dünya təcrübəsində pensiya fondlarının vəsaitlərinin daha səmərəli idarə olunması üçün özəl pensiya fondları yaradılır və onlar dövlət nəzarəti altında fəaliyyət göstərir. Bu sistemdə əsas diqqət çəkən məsələlərdən biri də vəsaitlərin sığortalanmasıdır".
R.Abbasbəyli vurğulayıb ki, Azərbaycanda həssas əhali qruplarına aid vəsaitlərin riskli investisiyalara yönəldilməsinə imkan verilmədiyi üçün bu sahədə mühafizəkar qanunvericilik mövcuddur.
"Dünya praktikasında pensiya kapitalının tam şəkildə vaxtından əvvəl götürülməsi tətbiq olunmur. Lakin müəyyən hallarda, könüllü əsaslarla və müəyyən yaş həddindən sonra yığımların bir hissəsindən istifadə imkanı yaradıla bilər. Bu isə gələcəkdə vətəndaşın alacağı pensiyanın məbləğinə təsir göstərir.
Bəzi ölkələrdə ağır xəstəlik, sosial tənhalıq və digər xüsusi hallarda vətəndaşlara pensiya kapitalının bir hissəsindən vaxtından əvvəl istifadə imkanı verilir".
Razi Abbasbəyli hesab edir ki, Azərbaycanda bu istiqamətdə mexanizm hələ mövcud deyil və yaxın illərdə də belə imkanın yaradılması real görünmür.
"Bu, çox ciddi, əhatəli və konseptual yanaşma tələb edir. Əgər gələcəkdə bu mexanizmlər formalaşdırılsa, Azərbaycan vətəndaşları üçün də pensiya kapitalından vaxtından əvvəl istifadə imkanı yaradıla bilər. Amma indiki templə bu, yaxın perspektivdə mümkün görünmür", - deyə iqtisadçı əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün metroda iş rejimi dəyişdiriləcək
-
“Dərnəgül” elektrik deposu qismən istismara verildi
-
Pensiyalarla bağlı vacib məlumat
-
Sosial müavinət alanların diqqətinə!
-
Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
XƏBƏR LENTİ
-
Türk aktrisa iş adamı sevgilsini məşhur futbolçuya dəyişdi - (Foto)
-
İran Trampın təyyarəsini Türkiyədə vurmaq istəyib
-
"Qarabağ"ın oyununa hansı kanalda baxaq?
-
“IV DİVAR” – Həftənin üç günü AZTV-DƏ! – (Video)
-
Leysan, şimşək, dolu - Sabahın havası
-
Mətbəxdəki bu 2 cihazı bir-birinin yanına qoymayın
-
Şəkidə güclü yağış fəsadlara səbəb oldu - (Video)
-
Prezident İlham Əliyev Almaniyanın yeni səfirini qəbul etdi - (Foto)
-
Fransa səfirinin gecə qonaqları gündəm oldu: İqamətgaha 30 qadın gətirib
-
Neymardan Messinin atası ilə bağlı paylaşımına reaksiya
-
"İynəsiz 12 kiloqram arıqladım"
-
Bu gün metroda iş rejimi dəyişdiriləcək
-
Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq (Foto)
-
"Qarabağ"ın UEFA reytinqində yeni yeri
-
Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR
-
Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq
-
“Dərnəgül” elektrik deposu qismən istismara verildi
-
Pensiyalarla bağlı vacib məlumat
-
Yaponiya ilə Rusiya arasında yeni gərginlik: Putinin səfəri etiraza səbəb oldu
-
Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi
-
Pərvin Abıyevanın çimərlikdən görüntüsü yayıldı - (Video)
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
DYP-dən piyadalara müraciət
-
Dmitri Dibrov izləyicilərinə küftə-bozbaşı necə düzgün yeməyi göstərib - (Video)





