“Dərnəgül” elektrik deposu qismən istismara verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BAKI, 2026 - Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan "Dərnəgül" elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib.
Milli.Az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin gələcək fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılmasında strateji əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025-2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas inşaat işlərinə 2025-ci ilin aprel ayından başlanılıb.
Yaşıl xəttə müstəqil xidmət və "Nərimanov" deposuna dəstək
Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsi sayılan "Dərnəgül" elektrik deposu bundan sonra Yaşıl xəttə müstəqil xidmət göstərəcək. Depoda qatarların təmir-baxış və qulluğu, gecələməsi və müxtəlif texniki proseslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan "Nərimanov" elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Həmçinin deponun istismarı metropolitendə xidmət keyfiyyətinin artırılmasına və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək.
II mərhələ üzrə reallaşdırılan əsas göstəricilər:
• Ərazi və binalar: 16,5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin (avadanlıqlar daxil) yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları, çəpərlənmə işləri, 5 ədəd işıqlandırma qüllələri inşa edilib. Həmçinin zəruri xidmət və texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmə və MEP işləri 100% tamamlanıb, kommunikasiya xətləri çəkilib.
• Yol və tunel infrastrukturu: Yaşıl xətti depo ilə birləşdirən 2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları "Bakı Metropoliteni" QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18100 m³ yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd R50 tipli yoldəyişdirici quraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.
• Təmir-baxış sahələri: Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü, fasad hissəsi tikilib. Korpsun, ümumilikdə 25 qanovundan 12-nin inşası tam olaraq başa çatdırılıb. Qanovlardan 3-ü qaldırma-təmiri sahəsinə aiddir.
• Mühəndis qurğuları və kommunikasiya şəbəkəsi: 2 qazanxanada, eləcə də kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj, kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000 m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi 3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.
• Təhlükəsizlik və hərəkətin təşkili: Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib. Burada dizayn və memarlıq tərtibatı və digər zəruri tədbirlər hər mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və vidomüşahidə sahələri də yerləşəcək.
Depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir. Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin inşası tamamlanıb.
Qeyd edək ki, "Dərnəgül" elektrik deposunun tikintisi ümumilikdə 3 mərhələdə həyata keçirilir. II mərhələnin tamamlanması Yaşıl və Qırmızı xətlərin ayrılmasına şərait yaradır. Belə ki, deponun istismara verilməsi nəticəsində xətlərin ayrılması layihəsi üzrə tikinti müddətində "Dərnəgül-Nizami" sahəsində hərəkət edən qatarların təmir-baxış və qulluğu burada həyata keçiriləcək.
Depoda III mərhələ üzrə işlər davam etdiriləcək, inşaat prosesinin və ərazidəki yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bu gün metroda iş rejimi dəyişdiriləcək
-
“Dərnəgül” elektrik deposu qismən istismara verildi
-
Pensiyalarla bağlı vacib məlumat
-
Sosial müavinət alanların diqqətinə!
-
Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
XƏBƏR LENTİ
-
Neymardan Messinin atası ilə bağlı paylaşımına reaksiya
-
"İynəsiz 12 kiloqram arıqladım"
-
Bu gün metroda iş rejimi dəyişdiriləcək
-
Özündən 17 yaş kiçik həmkarı ilə evlənən aktyor 55 yaşında ilk dəfə ata olacaq (Foto)
-
"Qarabağ"ın UEFA reytinqində yeni yeri
-
Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR
-
Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq
-
“Dərnəgül” elektrik deposu qismən istismara verildi
-
Pensiyalarla bağlı vacib məlumat
-
Yaponiya ilə Rusiya arasında yeni gərginlik: Putinin səfəri etiraza səbəb oldu
-
Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi
-
Pərvin Abıyevanın çimərlikdən görüntüsü yayıldı - (Video)
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
DYP-dən piyadalara müraciət
-
Dmitri Dibrov izləyicilərinə küftə-bozbaşı necə düzgün yeməyi göstərib - (Video)
-
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub (Foto)
-
“Yeni ulduz” qayıdır
-
Sosial müavinət alanların diqqətinə!
-
Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
-
Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək
-
32 ölkə İranla bağlı bəyanat yaydı
-
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib (Foto)
-
Azərbaycanda bu valyutalar ucuzlaşdı - Rəsmi
-
“Qarabağ” “Dinamo”ya qarşı





