Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana budəfəki səfəri bir daha göstərdi ki, bu qədim diyarın inkişafı ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşan proses deyil.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, qeyd edib ki, burada təhlükəsizlik, enerji, iqtisadiyyat, sosial rifah və şəhərsalmanı vahid inkişaf strategiyasında birləşdirən uzunmüddətli yanaşmadan söhbət gedir. "Müsahibədə səslənən fikirlər bu sistemli baxışın mahiyyətini ortaya qoydu. Naxçıvan üçün ilk və ən mühüm şərt təhlükəsizlikdir. Dövlət başçısının qeyd etdiyi kimi, Muxtar Respublikanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət tələb edir. Əlahiddə Ümumqoşun Ordunun müasir texnika ilə təchizatı və yeni komando hərbi hissələrinin yaradılması bu əraziyə münasibətdə təhlükəsizliyin daim prioritet olduğunu göstərir."
Millət vəkili bildirib ki, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması iqtisadi inkişafın yeni mərhələsinə keçidin mühüm göstəricisidir: "Park yeni istehsal sahələrinin, iş yerlərinin və investisiya imkanlarının formalaşmasına şərait yaradacaq. Burada 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması sənaye siyasəti ilə enerji təhlükəsizliyinin bir-birini tamamladığını göstərir. Naxçıvanın enerji siyasətində də yeni mərhələ başlayır. Məqsəd yalnız bölgənin tələbatını ödəmək deyil, gələcəkdə Naxçıvanı enerji ixrac edən mərkəzə çevirməkdir. Günəş və su elektrik stansiyalarının inkişafı, Günəş enerjisi istehsalının ən azı 500 meqavat, potensial olaraq 1000 meqavat səviyyəsinə çatdırılması imkanları və enerji saxlanc sistemlərinin yaradılması bu məqsədin real əsaslara söykəndiyini göstərir. Beləliklə, Naxçıvan enerji təhlükəsizliyinin təmin olunduğu ərazidən regional enerji əməkdaşlığında mövqeyini gücləndirən mərkəzə çevrilir. Səfər çərçivəsində sosial və nəqliyyat layihələrinin gündəmə gəlməsi də inkişafın mərkəzində insan amilinin dayandığını göstərdi. Regional DOST Mərkəzinin açılması sosial xidmətlərin əlçatanlığını artırır, yeni elektrik avtobusları şəhər nəqliyyatında müasir və ekoloji yanaşmanı gücləndirir. 217 müasir avtobusun alınması, 420 kilometr yolun çəkilməsi və təmiri ilə bağlı planlar yenilənmənin yaşayış məntəqələrini də əhatə edəcəyini göstərir. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın hazırlanması da strateji baxımdan əhəmiyyətlidir. Bu, şəhərsalmanın gələcək konsepsiya əsasında aparıldığını göstərir. Beşulduzlu mehmanxana kompleksinin təməlinin qoyulması isə zəngin tarixi və təbii imkanlara malik Naxçıvanın turizm potensialının daha geniş reallaşdırılmasına xidmət edəcək. Prezidentin səfərinin əsas mesajı belədir: artıq söhbət yalnız mövcud problemlərin həllindən deyil, Naxçıvanın böyük potensialının tam üzə çıxarılmasından gedir. Təhlükəsizliyi möhkəmlənən, enerji imkanları genişlənən, sənayeləşən, müasir şəhərsalma və sosial layihələrlə yenilənən Naxçıvan Azərbaycanın ümumi inkişaf xəritəsində daha mühüm mövqe tutur. Bu, dövlət siyasətinin ardıcıllığının və Naxçıvanın gələcəyinə olan inamın aydın ifadəsidir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Dərnəgül” elektrik deposu qismən istismara verildi
-
Pensiyalarla bağlı vacib məlumat
-
Sosial müavinət alanların diqqətinə!
-
Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
-
Bu məscid və ziyarətgahlara işçi axtarılır
XƏBƏR LENTİ
-
Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR
-
Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq
-
“Dərnəgül” elektrik deposu qismən istismara verildi
-
Pensiyalarla bağlı vacib məlumat
-
Yaponiya ilə Rusiya arasında yeni gərginlik: Putinin səfəri etiraza səbəb oldu
-
Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi
-
Pərvin Abıyevanın çimərlikdən görüntüsü yayıldı - (Video)
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
DYP-dən piyadalara müraciət
-
Dmitri Dibrov izləyicilərinə küftə-bozbaşı necə düzgün yeməyi göstərib - (Video)
-
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub (Foto)
-
“Yeni ulduz” qayıdır
-
Sosial müavinət alanların diqqətinə!
-
Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
-
Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək
-
32 ölkə İranla bağlı bəyanat yaydı
-
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib (Foto)
-
Azərbaycanda bu valyutalar ucuzlaşdı - Rəsmi
-
“Qarabağ” “Dinamo”ya qarşı
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
-
Elnur Məmmədova ağır itki
-
Yevlaxda qəzada ölənlər qardaşdırlar - Yenilənib
-
Türkan Şorayın rəqsi gündəm oldu - (Video)
-
Kürdə batan 21 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib - (Video)





