UEFA Superkubokunun qalibi bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı il UEFA Superkubokunun qalibi müəyyənləşib. Zalsburqdakı "Red Bull Arena"da keçirilən qarşılaşmada Fransanın "PSJ" klubu İngiltərənin "Aston Villa" komandasına 2:1 hesabı ilə qalib gəlib.
Milli.Az xəbər verir ki, görüşün baş hakimi Somalidən olan Ömər Əbdulqadir Artan olub.
Matçın ilk dəqiqələrində komandalar ehtiyatlı oyun nümayiş etdirib. Qarşılaşmada təşəbbüsü ələ alan "PSJ" 20-ci dəqiqədə hesabı açıb. Xviça Kvaratsxeliyanın dəqiq zərbəsi parisliləri önə keçirib.
İlk hissənin sonlarında "Aston Villa" hesabı bərabərləşdirib. 45-ci dəqiqədə 17 yaşlı Brayan Madjo Paço ilə mübarizədə üstün olaraq topu tora göndərib və fasiləyə 1:1 hesabı ilə gedilib.
İkinci hissənin əvvəlində Luis Enrike heyətdə dəyişiklik edib. Debüt edən Maqnes Akliuşun əvəzinə "Qızıl top" sahibi Usman Dembele meydana daxil olub.
62-ci dəqiqədə Dezire Duenin qolu "PSJ"yə yenidən üstünlük qazandırıb. Epizod zamanı "Aston Villa" futbolçuları hücumçunun ofsaydda olduğunu düşünsələr də, oyun davam edib və qol qeydə alınıb.
Bu qələbə ilə "PSJ" ardıcıl ikinci mövsüm UEFA Superkubokunu qazanıb və yeni mövsümdə ilk titulunu əldə edib. Matçın ən yaxşı oyunçusu isə qalibiyyət qolunun müəllifi Dezire Due seçilib.
Xatırladaq ki, ötən mövsüm "PSJ" Çempionlar Liqasının qalibi olub. Paris təmsilçisi finalda "Arsenal"ı əsas vaxtı 1:1 başa çatan qarşılaşmanın penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.
"Aston Villa" isə Avropa Liqasının finalında "Frayburq"u 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə





