32 ölkə İranla bağlı bəyanat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın 32 ölkəsi və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas birgə bəyanat yayaraq İranda icra edilən edam cəzalarını kəskin pisləyiblər.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, sənəd Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
Sənədi Kanada, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Almaniya, Fransa, İspaniya, İtaliya və digər Avropa ölkələri daxil olmaqla, ümumilikdə 32 dövlət imzalayıb.
Beynəlxalq birlik Tehran rəhbərliyini ölüm cəzasının tətbiqini dayandırmağa və qanunsuz saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırıb:
"Fərqli düşüncəni boğmaq, icmaları qorxutmaq və insan hüquqlarını həyata keçirən şəxsləri cəzalandırmaq üçün ölüm cəzasının tətbiq edilməsinə heç vaxt bəraət qazandırıla bilməz. İran xalqı öz söz azadlığı və dinc toplaşmaq hüquqlarını heç bir qorxu olmadan, sərbəst şəkildə həyata keçirə bilməlidir".
Qeyd edək ki, BMT-nin məlumatına görə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra İranda edamların sayı kəskin artıb. Təşkilatın statistikasına əsasən, martın 19-dan bəri ölkədə milli təhlükəsizliyə təhdid ittihamı ilə azı 56 nəfər edam edilib ki, onların da 27-si yanvar etirazlarında iştirak edənlər olub. Hazırda 100-dən çox şəxs oxşar ittihamlarla edam hökmünü gözləyir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yaponiya ilə Rusiya arasında yeni gərginlik: Putinin səfəri etiraza səbəb oldu
-
Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi
-
32 ölkə İranla bağlı bəyanat yaydı
-
Öldüyü deyilən futbolçu "morq"da dirildi
-
Tarixin ən isti avqust ayı olacaq - Rekord qırılacaq
-
Məşhur qarğıdalı satan oğlanın rus qızına hərəkəti müzakirə yaratdı - (Video)
XƏBƏR LENTİ
-
Yaponiya ilə Rusiya arasında yeni gərginlik: Putinin səfəri etiraza səbəb oldu
-
Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi
-
Pərvin Abıyevanın çimərlikdən görüntüsü yayıldı - (Video)
-
DYP-dən piyadalara müraciət
-
Dmitri Dibrov izləyicilərinə küftə-bozbaşı necə düzgün yeməyi göstərib - (Video)
-
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub (Foto)
-
“Yeni ulduz” qayıdır
-
Sosial müavinət alanların diqqətinə!
-
Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
-
Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək
-
32 ölkə İranla bağlı bəyanat yaydı
-
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib (Foto)
-
Azərbaycanda bu valyutalar ucuzlaşdı - Rəsmi
-
“Qarabağ” “Dinamo”ya qarşı
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
-
Elnur Məmmədova ağır itki
-
Yevlaxda qəzada ölənlər qardaşdırlar - Yenilənib
-
Türkan Şorayın rəqsi gündəm oldu - (Video)
-
Kürdə batan 21 yaşlı oğlanın meyiti tapıldı - Yenilənib - (Video)
-
Samuxda kütləvi zəhərlənmə
-
Öldüyü deyilən futbolçu "morq"da dirildi
-
Tarixin ən isti avqust ayı olacaq - Rekord qırılacaq
-
Masazırda 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü
-
Bakının mərkəzində mağaza yandı - (Foto)





