Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdən avtomobil almaq istəyən paytaxt sakini dələduzluğun qurbanı olduğunu iddia edir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Rəvan Vəliyev bildirir ki, "TikTok"dakı "Narıncı Mustang" səhifəsi vasitəsilə iki avtomobilin gətirilməsi üçün 3 min 545 manat ödəyib. Lakin onun sözlərinə görə, aylar keçsə də, nə avtomobillər gətirilib, nə də ödədiyi pul geri qaytarılıb.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən paytaxt sakini Rəvan Vəliyev "Narıncı Mustang" səhifəsinin təmsilçisi kimi təqdim olunan Fərid adlı şəxslə görüşüb. Şikayətçinin sözlərinə görə, tərəflər nəqliyyat vasitələrinin hissəli ödənişlə gətirilməsi və lizinq yolu ilə rəsmiləşdirilməsi barədə razılığa gəliblər.
Şikayətçi deyir ki, ona əvvəlcə avtomobillərin elan linkləri göndərilib, daha sonra isə nəqliyyat vasitələrinin alındığı bildirilib. Lakin onun sözlərinə görə, bu məlumatı təsdiqləyən hər hansı sənəd, foto və ya videogörüntü təqdim edilməyib.
Səsləndirilən iddialarla bağlı Fərid adlı şəxslə telefon vasitəsilə əlaqə saxladıq. O, məsələni Rəvan Vəliyevlə danışaraq yoluna qoyduğunu bildirdi. İddiaların digər detalları ilə bağlı isə əlavə açıqlama vermədi. Zərərçəkmiş Rəvan Vəliyev isə onunla heç bir razılığın əldə olmadığını təkrar qeyd etdi.
Ekspertlərin sözlərinə görə, bu fakt bir daha göstərir ki, xaricdən avtomobil sifariş edərkən yalnız sosial şəbəkələrdəki paylaşımlara və şifahi vədlərə güvənmək ciddi maliyyə itkisi ilə nəticələnə bilər. Ödənişdən əvvəl vasitəçi və ya şirkətin hüquqi qeydiyyatı, fəaliyyəti və etibarlılığı yoxlanılmalı, bütün şərtlər yazılı müqavilədə göstərilməlidir. Hərrac sənədi, avtomobilin VIN-kodu və daşınma məlumatları tələb edilməli, pul təyinatı qeyd olunmaqla rəsmi hesab üzərindən köçürülməlidir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
Bu 5 əşyanı dərhal evinizdən çıxarın
-
5 bürcə göydən pul yağacaq
-
Tualet kağızı tarixə qovuşur - yeni gigyena cihazı
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib





