Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub (Foto)
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində müsahibəsində söylədiyi fikirlər, səsləndirdiyi bəyanatlar Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
"interpressnews.ge", "1tv.ge", "bpn.ge" informasiya portalları və televiziyaları dövlətimizin başçısının İkinci Qarabağ müharibəsində Ermənistanın təslim olması, Azərbaycanın enerji siyasəti, eləcə də Ermənistan AES-in region üçün yaratdığı təhlükələr barədə fikirlərindən materiallar dərc ediblər.
Azərbaycan Prezidentinin nitqindən gətirilən sitatda deyilir: "İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar Üçtərəfli Bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, - Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır".
Digər materiallarda Prezident İlham Əliyevə istinadla deyilir ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi tədarük etmək istəyir və bunun yeganə yolu Gürcüstandan və Türkiyədən keçir: "Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik. Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq".
Digər materialda isə Ermənistan AES-in yaratdığı təhlükə barədə, eləcə də Ermənistanın enerji təminatı ilə bağlı fikirlər yer alıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub (Foto)
-
32 ölkə İranla bağlı bəyanat yaydı
-
Naxçıvanda böyük investisiya mərhələsi: Regionun iqtisadi gələcəyi yenidən qurulur
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
XƏBƏR LENTİ
-
"Qarabağ"ın UEFA reytinqində yeni yeri
-
Ciddi çətinliklərlə üzləşəcək BÜRCLƏR
-
Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq
-
“Dərnəgül” elektrik deposu qismən istismara verildi
-
Pensiyalarla bağlı vacib məlumat
-
Yaponiya ilə Rusiya arasında yeni gərginlik: Putinin səfəri etiraza səbəb oldu
-
Kolumbiyada iqtisadi fövqəladə vəziyyət elan edildi
-
Pərvin Abıyevanın çimərlikdən görüntüsü yayıldı - (Video)
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
DYP-dən piyadalara müraciət
-
Dmitri Dibrov izləyicilərinə küftə-bozbaşı necə düzgün yeməyi göstərib - (Video)
-
Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub (Foto)
-
“Yeni ulduz” qayıdır
-
Sosial müavinət alanların diqqətinə!
-
Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir - Kamaləddin Qafarov
-
Qarabağ və Şərqi Zəngəzurda uşaqlar üçün yaradıcılıq ustad dərsləri keçiriləcək
-
32 ölkə İranla bağlı bəyanat yaydı
-
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edilib (Foto)
-
Azərbaycanda bu valyutalar ucuzlaşdı - Rəsmi
-
“Qarabağ” “Dinamo”ya qarşı
-
Bakıdan Yaponiyaya uzanan Azərbaycan imzası - Oktay Qafarovun uğur hekayəsi
-
Elnur Məmmədova ağır itki
-
Yevlaxda qəzada ölənlər qardaşdırlar - Yenilənib
-
Türkan Şorayın rəqsi gündəm oldu - (Video)





