Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan vacib məqamlar Türkiyə mediasında geniş əks-səda doğurub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qardaş ölkənin aparıcı xəbər agentlikləri, televiziya kanalları, xəbər portalları və qəzetləri Azərbaycan liderinin açıqlamalarını çoxmilyonlu auditoriyası ilə bölüşüb, həmçinin Prezident İlham Əliyevin müsahibəsindən sitatlar dərc edib.
"Türkiye" qəzeti "Zəngəzur dəhlizi genişlənir! Əliyev məsələni ətraflı izah etdi" sərlövhəli məqaləsində Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla birləşdirən marşrutun Türkiyə və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb.
Qəzet oxucularını Azərbaycan Prezidentinin bəyanatları ilə tanış edərək vurğulayıb ki, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) sadəcə dəmir yolu və avtomobil yolu deyil. Qəzet Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasına nail olunması ilə bağlı sözlərini sitat gətirərək qeyd edib: "Bu marşrut gələcəkdə fiber-optik kabel, elektrik xətləri və zərurət yarandıqda, neft və qaz boru kəmərləri üçün də istifadə edilə bilər".
"Hürriyet", "Milliyet", "Star" və digər qəzetləri də öz oxucularına Prezident İlham Əliyevin bəyanatlarını təqdim edib.
"Anadolu" xəbər agentliyi "Azərbaycan Prezidenti Zəngəzur dəhlizini qiymətləndirir" sərlövhəli məqaləsində Zəngəzur dəhlizi məsələsinin həllini tapdığı 2025-ci il avqustun 8-də keçirilən tarixi Vaşinqton sammitinin nəticələrini xatırladıb.
Agentlik dövlət başçısının Ermənistan sərhədinə dəmir yolu xəttinin çəkilməsi və Naxçıvanda dəmir yolu işləri ilə bağlı fikirlərini abunəçiləri ilə bölüşüb. Qeyd olunub ki, Bakı bu nəqliyyat dəhlizi vasitəsilə yükdaşımalarını ildə azı 15 milyon tona çatdırmağı hədəfləyir.
Agentlik Prezident İlham Əliyevin Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının qonşu ölkələrə yaratdığı təhlükə ilə bağlı sözlərinə xüsusi diqqət yetirib. "Anadolu" Azərbaycan Prezidentinin bu barədə fikirlərini sitat gətirib: "....Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər".
Türkiyənin populyar televiziya kanalları "HaberGlobal", "HaberTürk" və "Ulusal TV" də Azərbaycan Prezidentinin bəyanatları ilə bağlı reportajlar yayımlayıb, həmçinin müvafiq xəbərləri veb-saytlarında və sosial media səhifələrində yerləşdirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
İsveçdəki səfirimiz dəyişdirildi
-
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Bu məscid və ziyarətgahlara işçi axtarılır
-
"Futbolçu olsaydım, şorgöz olardım" - Hülya Avşarla məşhur futbolçunun arxiv Videosu
-
Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı
-
“Sabah”ın oyunundakı davaya görə saxlanılanlar var
-
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı - Pilot sağ qalıb
-
Magistraturaya qeydiyyatın vaxtı uzadıldı
-
“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi
-
Hacı Məmmədliyə yüksək vəzifə verildi
-
Tiktoker "səhra çiçəyi" saxlanıldı
-
Paşinyanın qızı Ədliyyə Nazirliyində - (Foto)
-
Tətildən sonra uşağı məktəb rejiminə necə qaytarmaq olar?
-
Xalq artisti tanınmaz halda - (Foto)
-
Kondisionerdən istifadə zamanı nələrə diqqət etmək lazımdır?
-
Qum, günəş və uşaqlar - Pediatr xəbərdarlıq etdi
-
Yay aylarında iştaha niyə azalır?
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Yarım milyon manata “Laçın” yazısı tikiləcək
-
Uşaqlarla təyyarə səfərinə çıxan valideynlərin NƏZƏRİNƏ
-
“Tesla” 20 mindən çox avtomobilini geri çağırır
-
Uşaqlarla səyahətə çıxarkən bunlara diqqət edin
-
Əməkdar artist bədənşəkilləndirmə əməliyyatdan sonra belə oldu - (Video)
-
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
İbrahim Tatlısesin evində xoş gün - (Video)





