Magistraturaya qeydiyyatın vaxtı uzadıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeydiyyat 13 avqust saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar təhsil alacaqları ali təhsil müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Xidmət sayəsində qəbul olunan bakalavrlar qeydiyyat prosesini rəqəmsal formada, bir neçə addımda tamamlaya biləcəklər.
Magistraturaya qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər.
Bakalavrlar müraciətlərinin statusunu "mygov" platformasındakı şəxsi kabinetləri vasitəsilə real vaxt rejimində izləyə bilərlər. Müraciət "Ödəniş gözlənilir" statusunda olduqda təhsil haqqını "Onlayn ödə" funksiyası ilə ödəmək və ya "Qəbzi yüklə" seçimi vasitəsilə ödənişi təsdiq edən sənədi sistemə əlavə etmək mümkündür.
Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa "mygov" platforması üzərindən bildiriş göndərilir.
Xatırladaq ki, qeydiyyat 3 avqust saat 15:00-dan başlayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı





