Qəhvənin təsiri niyə insandan insana dəyişir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var.
Milli.Az xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağlı olduğunu bildirirlər.
Qeyd olunur ki, kofeinin orqanizmdə nə qədər müddət qalması insandan insana dəyişir. Bu prosesə əsasən qaraciyərin kofeini parçalama sürəti təsir edir.
Kofein orqanizmdə nə qədər qalır?
Kofein qəhvə içildikdən sonra qana keçir və qısa müddətdə beyinə çatır. Daha sonra qaraciyərdəki fermentlər tərəfindən parçalanaraq sidik vasitəsilə orqanizmdən xaric edilir.
Mütəxəssislərin sözlərinə görə, bu proses insandan asılı olaraq 6-20 saat davam edə bilər. Buna görə də günün ikinci yarısında içilən qəhvə bəzi insanlarda gecə yuxusuna təsir göstərə bilər.
Qaraciyərin kofeini nə qədər sürətlə parçalamasında CYP1A2 adlı gen mühüm rol oynayır. Bu səbəbdən eyni miqdarda qəhvə içən iki insanın kofeinə reaksiyası tamamilə fərqli ola bilər.
Yuxu mütəxəssisləri yatmazdan ən azı 6 saat əvvəl kofein qəbulunu dayandırmağı tövsiyə edirlər.
Mütəxəssislər bildirirlər ki, kofein yalnız yuxuya getməyi çətinləşdirmir, həm də yuxunun keyfiyyətinə təsir göstərə bilər.
Məsələn, saat 22:00-da yatmağa hazırlaşan şəxslərə günorta saat 14:00-dan sonra kofein qəbul etməmək tövsiyə olunur.
Araşdırmalara görə, siqaret çəkmək qaraciyərin kofeini daha sürətlə parçalammasına səbəb ola bilər. Bu prosesin 65 faizə qədər sürətləndiyi bildirilir.
Bəzi dərmanlar, o cümlədən müəyyən antibiotiklər və doğuşa nəzarət həbləri isə əks təsir göstərərək kofeinin orqanizmdə daha uzun müddət qalmasına səbəb ola bilər.
Hamiləlik zamanı baş verən hormonal dəyişikliklər də kofeini parçalayan qaraciyər fermentinin fəaliyyətini zəiflədə bilər.
Mütəmadi qəhvə içən insanlarda isə zamanla orqanizmin kofeinə uyğunlaşması nəticəsində həssaslıq azala bilər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)





