Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda yaşı 18-dən az olan işçilərin gecə vaxtı işlərə, iş vaxtından artıq çalışmaya, istirahət və bayram günlərində əməyə cəlb edilməsi, eləcə də ezamiyyətə göndərilməsi qanunla qadağandır.
Milli.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu kateqoriyadan olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən olunmur və onların attestasiyası keçirilmir. Həmçinin 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtı həftə ərzində maksimum 24 saat, 16-18 yaş arası işçilər üçün isə 36 saat müəyyən edilib.
Qanunvericiliyə əsasən, əmək məzuniyyəti 16 yaşdan az olanlara 42 təqvim günündən, 16-18 yaşlı işçilərə isə 35 təqvim günündən az olmayaraq verilməlidir. Yaşı 18-dən az olan şəxslərin normadan ağır əşyalar qaldırması, peşəkarlıq səviyyəsinin yetərsizliyi əsası ilə işdən azad edilməsi qadağandır.
Bundan əlavə, əmək şəraiti ağır və zərərli olan yerlərdə, yeraltı obyektlərdə, gecə klublarında, barlarda, tütün, alkoqol, energetik içki və toksik preparatların istehsalı, daşınması və satışı işlərində 18 yaşına çatmayan şəxslərin çalışmasına icazə verilmir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qum, günəş və uşaqlar - Pediatr xəbərdarlıq etdi
-
Yay aylarında iştaha niyə azalır?
-
Yarım milyon manata “Laçın” yazısı tikiləcək
-
Uşaqlarla təyyarə səfərinə çıxan valideynlərin NƏZƏRİNƏ
-
“Tesla” 20 mindən çox avtomobilini geri çağırır
-
Uşaqlarla səyahətə çıxarkən bunlara diqqət edin
-
Əməkdar artist bədənşəkilləndirmə əməliyyatdan sonra belə oldu - (Video)
-
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
İbrahim Tatlısesin evində xoş gün - (Video)
-
Meşədə asılan gənclərin ölüm faktı üzrə cinayət işi başlanıb
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Dənizdə batan gənc müğənni olub
-
Məhəmməd Salah əslən türk imiş
-
Kəmalə ilə Elcan yenidən bir arada
-
ÇL: “Sabah”ın futbolçusu bombardirlik yarışında ilk pillədə
-
"Dinamo" ilə oyunda yaxşı nəticə istəyiriksə, bunları aradan qaldırmalıyıq"
-
Türk ölkəsində güclü zəlzələ oldu
-
Seda Sayan Kadir Ezildinin anasını qınadı
-
“iPhone”lar bütün dünyada bahalaşa bilər
-
12 yaşlı azərbaycanlı qəzada öldü
-
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldılar
-
Meşədən meyitləri tapılan qızla oğlan əminəvəsi olublar
-
“Sabah” “Hapoel”i bu stadionda qəbul edəcək - Rəsmi açıqlama





