Tiktoker "səhra çiçəyi" saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, 43 yaşlı Samirə Baxışova (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "səhra çiçəyi 999" profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.
Faktla bağlı Samirə Baxışova yaşadığı ərazi üzrə polis orqanına çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
İki uşaq anası olan S. Baxışova ifadəsində əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, axşam saatlarında qızı küçədə gəzərkən canlı yayım açıb və bu zaman bəzi izləyicilər əxlaqsız təkliflər ediblər. O da əsəbiləşərək, həmin izləyicilərə nalayiq ifadələr işlədib.
Məhkəmənin qərarı ilə S. Baxışova 700 manat məbləğində inzibati qaydada cərimələnib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Daha bir tiktoker saxlanıldı
-
Nigar Fərhadın əri yenidən həbs olundu
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
XƏBƏR LENTİ
-
İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var
-
“Yeraltı”nın Sultanı sevgilisi ilə görüntüləndi – (Video)
-
Sinan Özen qəzaya düşdü - (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
Nigar Fərhadın əri yenidən həbs olundu
-
Əli Verdiyevə vəzifə verildi
-
Ərdoğan Zəfər Günü Azərbaycana gələcək
-
Kamran Ağabalayev: “İtin günündəyik” - (Video)
-
Azərbaycanda məzuniyyət qaydası dəyişir
-
Erməni lobbisi ABŞ Konqresində revanşa hazırlaşır
-
Dövlət qərarlarının ikinci imzası: İctimai etimad
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Paşinyan Türkiyəyə gedir - COP31-də iştirak edəcək
-
Sürücülər bu gün xüsusilə diqqətli olsun - DYP-dən çağırış
-
Benzin və dizellə bağlı mühüm xəbər
-
DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri saxladı
-
Konsert biletlərinə görə pulun bir hissəsi geri qaytarılacaq
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü





