Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
Azərbaycan Prezidentinin Naxçıvanda qeyd etdiyi vacib istiqamətlərdən biri də Naxçıvan, Şərqi Zəngəzur, Qarabağın vahid konsepsiya əsasında inkişaf etməsi ilə bağlı idi.
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, vahid konsepsiya yalnız yaşıl zonanın yaradılmasını deyil, eləcə də iqtisadi inkişafın vahid strategiya üzrə dəstəklənməsini özündə ehtiva edir.
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
Deputatın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sahibkarlığı stimullaşdırmaq üçün 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə tətbiq edilən güzəştlər artıq bu ildən Naxçıvanda da tətbiq olunur. Bu güzəştlər sahəsində də vahid yanaşma deməkdir:
"Belə ki, Naxçıvanda fəaliyyət göstərən və istehsal ilə məşğul olan sahibkarlar növbəti 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azad edilib, həmçinin müvafiq texnika, xammal və avadanlıqların idxalında ƏDV güzəştləri tətbiq olunur".
V.Bayramov qeyd edib ki, Naxçıvanda vergi uçotunda olan və istehsal ilə məşğul olan rezidentlər 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergi ödəməyəcəklər. Vergi azadolmaları rezidentlərin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə etdikləri satışdankənar gəlirlərinə də şamil edilir. Naxçıvanda fəaliyyət göstərən hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də 10 il müddətində vergidən azaddır. ƏDV qeydiyyatında olan rezidentlər tərəfindən təsdiqedici sənəd əsasında siyahıya uyğun texnika, texnoloji avadanlıq, qurğu, habelə xammal və materialların idxalı da ƏDV-dən azaddır:
"Bu güzəştlər Naxçıvanda sahibkarlığın inkişafına xüsusi dəstəkdir və muxtar respublikanın maliyyə imkanlarının genişlənməsinə, daxili mənbələrdən büdcə daxiolmalarının artmasına şərait yaradacaq".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
XƏBƏR LENTİ
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)





