Tətildən sonra uşağı məktəb rejiminə necə qaytarmaq olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşağın gündüz yuxusuna ehtiyacı yaşından və fərdi xüsusiyyətlərindən asılıdır".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova deyib.
Onun sözlərinə görə, adətən 2-2,5 yaşa qədər olan uşaqlara gündüz yuxusu lazımdır. 3 yaşdan böyük uşaqlar gündüz yatmaya da bilərlər. Amma bəzi məqamlara diqqət etmək lazımdır:
"Əgər uşaq gündüz yatmaqdan imtina edir, lakin axşam saat 17:00-18:00 radələrində narahat olur, ağlayır, yorğunluq və yuxululuq müşahidə edilirsə, bu, onun hələ gündüz yuxusuna ehtiyacı olduğunu göstərir. Uşaq 4, 5 və ya 6 yaşındadırsa, gündüz yatmır və axşam saat 21:00-22:00-da rahat şəkildə yuxuya gedirsə, gün ərzində narahatlıq və həddindən artıq yorğunluq yaşamırsa, gündüz yuxusunu məcbur etmək lazım deyil. Amma məsləhətim odur ki, uşaq yatmaq istəməsə belə, gündüz ən azı bir saat sakit şəkildə uzansın və dincəlsin".
Regina Nemətova yay aylarında uşaqların fiziki aktivliyi üçün səhər və axşam saatlarının daha uyğun olduğunu deyib:
"Yay fəslində uşaqların fiziki aktivliyi əsasən səhər saatlarında, saat 10:00-11:00-a qədər və axşam saat 17:00-dan sonra olmalıdır. Bu zaman günəş şüalarının təsiri daha az olur. Uşaq həyətdə, bağda və ya açıq havada fiziki aktivliklə məşğuldursa, başında mütləq papaq olmalıdır. Kölgəlikdə, buludlu havada və ya günəş hələ tam çıxmayanda belə bu qaydaya əməl edilməlidir. Bundan əlavə, uşağın kifayət qədər maye qəbul etməsinə diqqət yetirmək lazımdır. Əsasən təmiz su verilməlidir".
Pediatr valideynlərə uşaqların yuxu və qida rejimini məktəb başlamazdan bir neçə gün əvvəl deyil, ən azı 1-2 həftə əvvəl tənzimləməyə başlamağı tövsiyə edib:
"Uşağın qida və yuxu rejimini sentyabrın 14-də, məktəbin başlamasına bir gün qalmış deyil, ən azı 1-2 həftə əvvəl tənzimləmək lazımdır. Bu, həm valideynlər, həm də uşaqlar üçün daha rahat olacaq".
Bildirib ki, yay aylarında səhər daha gec oyanmaq və axşam daha gec yatmaq mümkündür. Amma sentyabrın əvvəlindən etibarən rejimi tədricən dəyişmək lazımdır:
"Məsələn, uşaq yayda saat 11:00-da oyanırsa, ilk gün 10:30-da, növbəti gün 10:00-da, daha sonra 09:30-da oyatmaq olar. Beləliklə, səhər oyanma vaxtını tədricən daha erkən saata çəkmək mümkündür. Uşağı səhər saat 11:00-da oyadıb axşam saat 21:00-da yatızdırmağa çalışmaq düzgün yanaşma deyil. Çünki uşaq gün ərzində kifayət qədər yorulmadığından erkən yatmaqda çətinlik çəkəcək. Ona görə rejimi səhər oyanma saatından başlayaraq tədricən dəyişmək lazımdır. Bunu 1-2 həftə ərzində qaydaya salmaq mümkündür".
R.Nemətova onu da vurğulayıb ki, həm yayda, həm də məktəb dövründə yatmazdan ən azı 1 saat əvvəl bütün elektron cihazları kənara qoymaq lazımdır:
"Telefon, planşet və digər ekranlardan istifadə edilməməlidir. Bunun əvəzinə kitab oxumaq, vanna və ya duş qəbul etmək kimi sakitləşdirici fəaliyyətlərə üstünlük vermək və daha sonra yuxuya getmək məsləhətdir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olublar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu
-
35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - (Video)
-
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
-
Super Liqa: “Trabzonspor” səfərdə, “Beşiktaş” evdə qalib gəlib
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
“Təbrik” şadlıq sarayının qarşısında kütləvi dava baş verib - Yenilənib - (Video)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)





