Naxçıvan tarixində bu il daha bir ilk yaşanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində kadr və struktur islahatlarına toxunaraq əsas hədəfin qədim diyarın daim inkişaf etməsi, insanların rahat, təhlükəsizlik şəraitdə və firavan yaşaması olduğunu bildirib.
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Naxçıvanda son illər həyata keçirilən islahatlar muxtar respublikanın büdcə gəlirlərinə də təsirsiz ötüşməyib. Naxçıvan büdcəsindəki şaxələnmə büdcə gəlirlərinin dayanıqlığını artırıb.
Deputat qeyd edib ki, Naxçıvanın 2026-cı il büdcəsinin gəlirləri 483 milyon 178 min manat, xərcləri isə 483 milyon 178 min manat məbləğində təsdiq edilib. V.Bayramovun sözlərinə görə, Muxtar respublikanın bu ilki büdcə gəlirləri 2025-ci ilə nisbətən 31 faiz çox olacaq:
"Bununla yanaşı, ən vacib məqam 2026-cı il üzrə büdcə gəlirlərinin ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələməsidir. 2026-cı ilədək dövlət büdcəsindən dotasiyanın məbləği hər zaman yerli mənbələrdən yığılan gəlirlərdən çox olub. Fiskal baxımdan 2026-cı ildə Naxçıvan yeni bir ilk qeydə alınacaq".
Millət vəkili nəzərə çatdırıb ki, bu il muxtar respublikanın büdcə gəlirlərində daxili mənbələrin payı 271 milyon 550 min manat olacaq. Dövlət büdcəsindən daxil olan dotasiya isə 211 milyon 628 min manat nəzərdə tutulub. Bu o deməkdir ki, 2026-cı ildə yerli mənbələrdən əldə edilən vəsait dövlət büdcəsindən ayrılacaq dotasiyanı 60 milyon manat üstələyir:
"Naxçıvanda islahatların dərinləşməsi növbəti illərdə fiskal dayanıqlığı daha da gücləndirəcək. İslahatlar daha çox iqtisadi inkişaf və büdcə gəlirləri deməkdir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)





