Cəmiyyət

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib - FƏRMAN

20 Aprel 2026 17:31
Baxış: 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Fərmanda əksini tapıb.

Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində, öz səlahiyyətləri daxilində binaların (o cümlədən yaşayış yerlərinin), hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.