Sağlam qida

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

20 Aprel 2026 00:29
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir.

Milli.Az xəbər verir ki, dondurulmuş qaragilənin təzəsinə nisbətən daha təsirli olmasının arxasında sadə bir fizika qanunu dayanır: Buz kristalları.

Meyvə donduğunda içindəki su kristallaşaraq hüceyrə divarlarını parçalayır.

Bu proses meyvəyə göy rəngini verən güclü antioksidantların (antosiyaninlər) hüceyrə daxilindən sərbəst qalmasını təmin edir. Beləliklə, meyvəni yeyərkən bədənimiz bu antioksidantları daha asan mənimsəyir.

Market rəflərində gördüyünüz "təzə" qaragilənin bir sirri var: Onlar daşınma və rəf ömrünə dözmələri üçün tam yetişmədən toplanır. Lakin dondurulmuş meyvələr fərqli bir kateqoriyadadır:

Dondurulacaq meyvələr adətən ən sulu, ən yetişmiş və qida dəyərinin ən yüksək olduğu anda toplanır.

Toplanan kimi dondurulduğu üçün vitamin və mineral dəyərləri o andaca "həbs olunur".

Lohachoompol və komandasının apardığı tədqiqatlar göstərir ki, dondurulmuş qaragilə 3 aydan sonra belə antosiyanin tərkibini təzə meyvə ilə eyni səviyyədə qoruyur. Hətta hüceyrə parçalanması sayəsində bəzi ölçümlərdə antioksidant səviyyəsi təzə meyvədən daha yüksək çıxmışdır.

Diqqət edilməli məqamlar:
Dondurucuda 2 aydan çox qalan meyvələrdə "buz yanıqlığı" yaranmaması üçün onları hava keçirməyən paketlərdə saxlamaq şərtdir.

Dondurulmuş qaragilə adətən təzəsinə nisbətən daha ucuzdur və fəslindən asılı olmayaraq eyni qida dəyərini təqdim edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.