Cəmiyyət

Paytaxtda 100 min bina SÖKÜLÜR? - RƏSMİ AÇIQLAMA

20 Aprel 2026 15:15
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Mətbuatda "Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi"nə dair yanlış xəbərlər dərc edilib. Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib", - məlumatda bildirilir.

Qeyd edək ki, mətbuatda "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.