İdman

"Neftçi"nin oyununa giriş pulsuz olacaq

27 Oktyabr 2025 23:01
Baxış: 279
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək "Neftçi" - MOİK matçına giriş pulsuz olacaq.

Milli.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və ya klubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraq qeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaric bütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, "Palms Sports Arena"dakı "Neftçi" - MOİK matçı oktyabrın 29-da, saat 19:00-da keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.