Cəmiyyət

Rusiyadan İrana göndərilən humanitar yardım Astaradan İrana keçib - FOTO

12 Mart 2026 20:39
Baxış: 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyadan İrana göndərilən humanitar yardım Astara dövlət sərhəd buraxılış məntəqəsindən İrana keçib.

Milli.Az xəbər verir ki, Rusiyadan İran İslam Respublikasına göndərilən dərman ləvazimatları ilə humanitar yardım bir az əvvəl Astara dövlət sərhəd buraxılış məntəqəsinə çatıb. 

Müvafiq prosedur qaydalarından sonra humanitar yardımın Azərbaycan sərhədi vasitəsi ilə İrana keçidi təmin olunub.

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsi humanitar yardımla Lənkəran Beynəlxalq Hava Limanına eniş edib. Yüklər İrana məxsus Qirmızı Aypara Cəmiyyətinin yük avtomobillərinə yüklənərək Astara istiqamətinə yola salınıb. (APA)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.