Azərbaycanda benzinin qiyməti ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yaxın Şərqdəki geosiyasi gərginlik və müharibə neftin dünya bazarındakı qiymətlərini artırıb. Lakin bu artım Azərbaycanda benzin və dizel qiymətlərinə birbaşa təsir göstərməyəcək. Çünki ölkədə yanacaq qiymətləri bazar prinsipləri ilə deyil, Tarif Şurası tərəfindən tənzimlənir".
Milli.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
O, qeyd edib ki, benzin və dizelin qiyməti adətən illik inflyasiya, istehsal xərcləri və digər iqtisadi amillər nəzərə alınmaqla dəyişir. Praktikada isə qiymətlərin aşağı salınması halları demək olar ki, müşahidə olunmur, yəni ucuzlaşma ehtimalı çox aşağıdır:
"Benzin və dizelin bahalaşması yalnız o halda mümkündür ki, onların istehsal və ya logistika xərclərində artım baş versin. Hazırda dünya bazarında neftin qiymətinin artması isə əsasən dövlət büdcəsinə və Neft Fondunun gəlirlərinə müsbət təsir göstərir. Bu baxımdan neftin bahalaşması Azərbaycan dövləti üçün müəyyən mənada əlverişli hesab olunur. Yanacağın ucuzlaşması isə indiyədək faktiki olaraq yalnız bir dəfə baş verib və bu da digər yanacaq növlərinin qiymətində dəyişikliklə bağlı olub. Ümumiyyətlə, Azərbaycanda tez-tez istifadə olunan yanacaq növlərinin qiymətləri müəyyən edilərkən həm beynəlxalq bazar, həm də qonşu ölkələrdəki qiymətlər nəzərə alınır. Buna baxmayaraq, ölkə daxilində yanacaq qiymətləri bir çox dövlətlərlə müqayisədə hələ də aşağı səviyyədə qalır. Bu səbəbdən də yaxın dövrdə yanacağın ucuzlaşacağı ehtimalı çox aşağı qiymətləndirilir".
Ekspertin sözlərinə görə, Azərbaycan neft ixracatçısı ölkə olduğuna görə daxildə qiymətlər hələlik stabil qalır. Yaxın Şərqdəki gərginliyin əsas təsiri isə dünya bazarında neftin bahalaşması və bunun nəticəsində büdcə gəlirlərinin artması ilə məhdudlaşır. /metbuat.az/
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızılın qiyməti 29 maydan bəri ilk dəfə bu qədər artdı
-
Azərbaycanda bu valyutalar bahalaşdı - Rəsmi
-
AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib
-
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
-
Azərbaycanda vizasız gediş-gəliş olan ölkələrin sayı artırılacaq
-
Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövü təsis ediləcək
XƏBƏR LENTİ
-
Paşinyan Moskvadakı səfiri geri çağırır
-
Kadi Borges UEFA Konfrans Liqasında rekorda imza atıb
-
“Uzak Şehir” bu tarixdən başlayır
-
Avqustun pensiyaları ödənildi
-
İranlı qadın müğənniyə həbs cəzası verildi - (Foto)
-
TƏBİB xəstəxanadakı görüntülərlə bağlı açıqlama yaydı (Foto)
-
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
-
Kəmalə Günəşli yeni villasından görüntülər paylaşdı - (Video)
-
Bu şəxslərin pensiyaları artacaq
-
Nəriman Allahverdiyev saxlanıldı
-
ABŞ-də təyyarə helikopterlə toqquşdu, pilot öldü - (Video)
-
Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış
-
Çempionlar Liqasında "Seltik"in oyununda ölüm hadisəsi
-
Laçın şəhidi Cümşüd Məmmədovla vida mərasimi keçirilib
-
Qızılın qiyməti 29 maydan bəri ilk dəfə bu qədər artdı
-
Novxanıda məşhur istirahət mərkəzində ölüm - (Foto)
-
Zelenskidən "Maşa və Ayı" ilə bağlı qərar
-
Azərbaycanın Kosta Rikadakı yeni səfiri etimadnaməsinin surətini təqdim edib - (Foto)
-
İmran Xan həbsxanadan xəstəxanaya köçürüldü
-
Bu avtobusun hərəkət istiqaməti müvəqqəti dəyişdirildi
-
Ronaldinyo İtaliya klubuna transfer olundu
-
Şamaxıda maşın çökəkliyə aşdı - Ölənlər var
-
Aysun İsmayılova: “Əgər bir qadın ‘2-ci dəfə sevirəm’ deyirsə, demək birinci kişidə problem var"
-
Azərbaycan cüdoçusu dünya çempionu oldu - (Foto)





