İdman

“Mahirin qolu olmasaydı, bəlkə də burda baş məşqçi deyildim”

27 Oktyabr 2025 18:48
Baxış: 2 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Kayzerslautern" klubunun baş məşqçisi Tomas Liberknext maraqlı açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, komandasında çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli sayəsində hazırda bu klubun baş məşqçisi olduğunu bildirib:

"Ötən ilin aprelində "Kayzerslautern" "Nürnberq"lə qarşılaşırdı. Həmin matç olmasaydı, Mahir qol vurmasaydı, bəlkə də mən burada baş məşqçi deyildim". 

Qeyd edək ki, həmin matçda "Nürnberq"in qələbə qolunu Mahir Emreli vurmuşdu. Məğlub olan "Kayzerslautern" o dönəmdəki baş məşqçi Markus Anfanqı istefaya göndərmişdi. Onun yerinə isə Tomas Liberknext gətirilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.