UEFA Çempionlar Liqasının VI turunda keçirilən "Real Madrid" - "Mançester Siti" (1:2) qarşılaşmasında madridlilər rəqib qapısı istiqamətində 16 zərbə endiriblər ki, onlardan cəmi biri qapı çərçivəsinə doğru gedib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, 2003/04 mövsümündən bəri "Real Madrid"in "Santyaqo Bernabeu"da yalnız bir zərbəsinin qapı çərçivəsinə düşdüyü ilk haldır.
Qeyd edək ki, "Real Madrid" klubunun heyətində Rodriqo 28-ci dəqiqədə qol vurub. "Mançester Siti"də isə Niko Orayli və Erlinq Holand müvafiq olaraq 35-ci və 43-cü dəqiqələrdə fərqləniblər.
Xatırladaq ki, "Real Madrid" son səkkiz oyununda cəmi iki dəfə qalib gəlib, üç dəfə məğlub olub, daha üç matçda isə heç-heçə qeydə alınıb.
Milli.Az





