Latte tortu resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhvə sevənlər üçün mükəmməl bir seçim olan latte tortu yumşaq toxuması, balanslı aroması və latte içirmiş kimi hiss etdirən kremi ilə son zamanların ən məşhur şirniyyatlarından birinə çevrilib. Ev şəraitində rahatlıqla hazırlanan bu zərif və şık görünüşlü tort həm gündəlik çay süfrələri, həm də qonaq masaları üçün ideal seçimdir.
Milli.Az hazırlanma və bişmə müddətini təqdim edir:
Keksi üçün
4 ədəd yumurta
1 stəkan şəkər
1 stəkan süt
1 stəkan isti su
2 stəkan un
1 paket qabartma tozu
1 paket vanilin
Islatmaq üçün
2 çay qaşığı qranul qəhvə
1 stəkan isti su
Kremi üçün
2,5 stəkan süd
2 x.q. un
1 x.q. nişasta
1 stəkan şəkər
1 x.q. qranul qəhvə
1 paket vanilin
1 x.q. kərə yağı
200 ml duru qaymaq
Üzəri üçün
200 ml qaymaq
80 qram ağ şokolad
100 qram südlü şokolad
½ stəkan iri doğranmış fındıq
Latte Tortun Hazırlanması
Yumurta və şəkəri rəngi açılıb krem kimi olana qədər yüksək sürətlə çalın. Un, qabartma tozu və vanilini ələyib əlavə edin. Süt və isti suyu tökərək spatula ilə yüngülcə qarışdırın. Yağlanmış forma tökülən xəmir 170°C-də 20-30 dəqiqə bişirilir.
Un, nişasta, şəkər, qəhvə və süd qazana alınır. Orta odda qatılaşana qədər qarışdırılaraq bişirilir. Qatılaşdıqdan sonra 4-5 dəqiqə daha qaynadılır və ocaqdan götürülür. İsti halda kərə yağı və vanilin əlavə olunur. Soyuduqdan sonra bir saat dincəldilir və üzərinə qaymaq əlavə edilərək mikserlə çalınır.
Soyumuş keks 3 hissəyə bölünür və hər qat qəhvə ilə isladılır. Krema qat-qat sürtülərək biskvit yığılır.
Qaymaq azca isidilir, içərisinə ağ şokolad əlavə olunub əridilir və tort üzərinə yayılır. Südlü şokolad benmari üsulu ilə əridilərək nazik xətlər çəkilir. Kürdanla xəttlərin əks istiqamətlərdə çəkilməsi dalğalı naxış yaradır. Kənarları fındıqla örtülür.
Tortun ən az 2 saat soyudulması tövsiyə edilir.
Servis tövsiyələri
Soyuq halda servis daha uyğundur.
Kəsərkən bıçağı isti suya salıb qurulamaq daha səliqəli dilimləməyə kömək edir.
Espresso, latte və ya soyuq qəhvə ilə servis edilə bilər.
Üzərinə kakao, qəhvə tozu və ya ağ şokolad qırıntısı səpmək təqdimatı daha cazibədar edir.
Vacib məqamlar
Yumurta və şəkəri yaxşıca çalmaq keksin daha qabarmasını təmin edir.
Kuru məhsulları ələmək xəmirin daha yüngül və hamar olmasına kömək edir.
Qəhvəli suyu çox isti istifadə etməmək vacibdir.
Krema tam soyumadan qaymaq əlavə edilərsə, kəsilə bilər.
Ganaj hazırlanarkən qaymaq qaynamamalıdır - əks halda şokolad ayrışa bilər.
Tort bir gecə saxlanarsa, ləzzəti daha da oturur.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aktyor Elxan Yunusn oğlu əsgər getdi
-
Yeddi ölkədən istedadları bir araya gətirəcək Beynəlxalq Çoxjanrlı İncəsənət Müsabiqəsi keçiriləcək
-
Rutte: "250 milyard dollar var, amma xərcləyə bilmirik"
-
Sosial şəbəkədə satılan "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlanıb
-
Shahin Novrasli Festival Bakı musiqisevərlərini Eric Jacot Band konserti ilə sevindirdi – FOTO
-
Quterreşdən süni intellektlə bağlı xəbərdarlıq
-
“Seltik” onun üçün “Qarabağ”a 12 milyon ödəyəcək
-
Ülvi Ağayev müdir təyin olundu - (Foto)
-
"Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək"
-
Oğuzda buğda yüklü avtomobil yanıb (Video)
-
Lukaku unikal rekorda imza atdı
-
AZAL Qarsa birbaşa uçuşlara başlayır
-
Özbək qadın Bakıda həbs olundu - yarım milyonluq dələduzluq edib
-
"Sabah" oyunçularına böyük miqdarda pul vəd etdi
-
Türkiyədə çay yatağından 2 gəncin meyiti çıxarıldı
-
Xanəndənin atası qəzada öldü
-
İcra başçısı özünə birinci müavin təyin etdi - (Foto)
-
Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var
-
Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" - (Video)
-
Hacı Surxayın Rafael Fiziyevə hədiyyəsi diqqət çəkdi - (Video)
-
Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Yaşasaydı, 51 yaşı olacaqdı - (Video)
-
Türkiyədə məhkəmə qayınananın evini gəlinə verdi - (Video)
-
Rusiyadan Gəncəyə uzanan cinayət işi: 13 ildir axtarılan qatil hakim qarşısında
-
"Hüseyn maşınıma benzin vuranda bitmir, daha bərəkətlidir"





