Latte tortu resepti

12 Dekabr 2025 02:02

Qəhvə sevənlər üçün mükəmməl bir seçim olan latte tortu yumşaq toxuması, balanslı aroması və latte içirmiş kimi hiss etdirən kremi ilə son zamanların ən məşhur şirniyyatlarından birinə çevrilib. Ev şəraitində rahatlıqla hazırlanan bu zərif və şık görünüşlü tort həm gündəlik çay süfrələri, həm də qonaq masaları üçün ideal seçimdir.

Milli.Az hazırlanma və bişmə müddətini təqdim edir:

Keksi üçün

4 ədəd yumurta

1 stəkan şəkər

1 stəkan süt

1 stəkan isti su

2 stəkan un

1 paket qabartma tozu

1 paket vanilin

Islatmaq üçün

2 çay qaşığı qranul qəhvə

1 stəkan isti su

Kremi üçün

2,5 stəkan süd

2 x.q. un

1 x.q. nişasta

1 stəkan şəkər

1 x.q. qranul qəhvə

1 paket vanilin

1 x.q. kərə yağı

200 ml duru qaymaq

Üzəri üçün

200 ml qaymaq

80 qram ağ şokolad

100 qram südlü şokolad

½ stəkan iri doğranmış fındıq

Latte Tortun Hazırlanması

Yumurta və şəkəri rəngi açılıb krem kimi olana qədər yüksək sürətlə çalın. Un, qabartma tozu və vanilini ələyib əlavə edin. Süt və isti suyu tökərək spatula ilə yüngülcə qarışdırın. Yağlanmış forma tökülən xəmir 170°C-də 20-30 dəqiqə bişirilir.

Un, nişasta, şəkər, qəhvə və süd qazana alınır. Orta odda qatılaşana qədər qarışdırılaraq bişirilir. Qatılaşdıqdan sonra 4-5 dəqiqə daha qaynadılır və ocaqdan götürülür. İsti halda kərə yağı və vanilin əlavə olunur. Soyuduqdan sonra bir saat dincəldilir və üzərinə qaymaq əlavə edilərək mikserlə çalınır.

Soyumuş keks 3 hissəyə bölünür və hər qat qəhvə ilə isladılır. Krema qat-qat sürtülərək biskvit yığılır.

Qaymaq azca isidilir, içərisinə ağ şokolad əlavə olunub əridilir və tort üzərinə yayılır. Südlü şokolad benmari üsulu ilə əridilərək nazik xətlər çəkilir. Kürdanla xəttlərin əks istiqamətlərdə çəkilməsi dalğalı naxış yaradır. Kənarları fındıqla örtülür.

Tortun ən az 2 saat soyudulması tövsiyə edilir.

Servis tövsiyələri

Soyuq halda servis daha uyğundur.

Kəsərkən bıçağı isti suya salıb qurulamaq daha səliqəli dilimləməyə kömək edir.

Espresso, latte və ya soyuq qəhvə ilə servis edilə bilər.

Üzərinə kakao, qəhvə tozu və ya ağ şokolad qırıntısı səpmək təqdimatı daha cazibədar edir.

Vacib məqamlar

Yumurta və şəkəri yaxşıca çalmaq keksin daha qabarmasını təmin edir.

Kuru məhsulları ələmək xəmirin daha yüngül və hamar olmasına kömək edir.

Qəhvəli suyu çox isti istifadə etməmək vacibdir.

Krema tam soyumadan qaymaq əlavə edilərsə, kəsilə bilər.

Ganaj hazırlanarkən qaymaq qaynamamalıdır - əks halda şokolad ayrışa bilər.

Tort bir gecə saxlanarsa, ləzzəti daha da oturur.