Şou-biznes

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO - FOTO

1 Aprel 2025 22:26
Baxış: 1 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.

Milli.Az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, vəkillərinin sübutları topladığını və böyük bir şikayət ərizəsi hazırladıqlarını qeyd edib.

"Vəkillər dəlilləri toplayırlar ki, böyük bir şikayət qaldırsınlar. Təhqirə keçən hər kəslə bağlı tədbir görəcəyəm. Dünən yaşıl işıq verdim ki, kim hara qədər gedəcək. Mən bilirdim ki, hər şey yaxşı olacaq. Mən heç bir qayda, qanun pozmamışdım. Azad fikrimi demişdim, onu da təhrif ediblər. Ağdan ağ, sudan duru idim. Ona görə gözləyirdim ki, siz içinizi qusa biləsiniz. Hər kəsi tanımaq möhtəşəm hiss idi", - deyə o bildirib.

Aparıcının sözlərinə görə, sosial şəbəkələrdə yayılan müzakirə və ittihamlarla bağlı ilk paylaşımı kimin etdiyini araşdırırlar.

Xatırladaq ki, "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhad "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:

"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".

Bu fikirlər sosial şəbəkə platformalarında geniş müzakirəyə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid edərək onun çıxışını efirə uyğun hesab etmədiklərini bildiriblər.

Qeyd edək ki, aparıcının efirdən səsləndirdiyi fikirlərə görə, "Kanal S"in yayımı 24 saatlıq dayandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.