Şou-biznes

"Nə istəyirsiniz məndən, qoyun yaşayım"

19 Noyabr 2025 20:20
Baxış: 521
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Əsəbi adamam, özümü cəmləşdirə bilmirəm. Nəsə deyib, sonra peşman oluram. Dəyməyin mənə, qoyun Allahın verdiyi ömrü yaşayaq. Nə bilim nə vaxt dünyamı dəyişəcəyəm".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Rəngarəng" verilişində deyib. Müğənni yazılan şərhləri tənqid edib. O, bildirib ki, mənfi rəyləri yazdıranlar elə sənət adamlarıdır?

"Yazırlar ki, get otur nəvələrinlə oyna, nə istəyirsən millətdən? Millətin başına dönüm. Aramızda olan naqislər, sənət adamlarıdır. Kimisə öyrədirlər ki, ona mənfi söz yaz. Məndə nevroz var. Gəlin, üzümə deyin. Üzünə tərifləyir, keçir kənara o sözləri yazdırır. İnsan birsifətli olar".  (axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.