Ölkə

Bu xanım hakimə yeni vəzifə verildi

19 Noyabr 2025 12:40
Baxış: 682
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam komissiyalarında təmsil olunacaq hakimlər müəyyən edilib.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, Məhkəmə-Hüquq Şurası tərəfindən Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasının tərkibinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova təyin ediliblər.

Qeyd edək ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.