Şou-biznes

Rəqsanə ev dustaqlığına buraxıldı - zərərin müəyyən hissəsi ödənilib - YENİLƏNİB

19 Noyabr 2025 18:50
Baxış: 950
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Milli.Az xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.

Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

APA-nın əldə etdiyi məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

-------

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı Sabunçu rayon Məhkəməsi qərar verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.