Siyasət

Hikmət Hacıyev Alison Hukerin ilə Ermənistan-Azərbaycan sülh gündəliyini müzakirə edib

19 Noyabr 2025 16:55
Baxış: 326

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən məmnunluq duyuram. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata keçirilməsi də daxil olmaqla, geniş spektrli məsələləri əhatə etdi. Biz, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq ruhunu təsdiq edərək, əsas regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi apardıq", paylaşımda qeyd edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.