Ölkə

Onlara əlavə vəzifə verildi

19 Noyabr 2025 17:06
Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda yeni yaradılmış Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında təmsil olunacaq hakimlər müəyyənləşir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Komissiyalarda Məhkəmə-Hüquq Şurası tərəfindən iki hakim təmsil olunacaq.

Müsabiqə komissiyasının tərkibinə Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarova daxil edilib.

Qeyd edək ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.